EN

Qaxda yol-nəqliyyat hadisəsi baş verdi: Piyada öldü

QAX, 1 fevral. TELEQRAF

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın məlumatına görə, hadisə rayonun Güllük kəndində baş verib.

Minik avtomobili kənd sakini, 1949-cu il təvəllüdlü Əliyev Abdurahman Hacımurad oğlunu vurub. Nəticədə ağır bədən xəsarətləri alan 77 yaşlı kişi hadisə yerindəcə ölüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Chosen
36
teleqraf.com

1Sources