"Vaşinqton administrasiyası əslən Kubadan olan ABŞ sakinlərinin Kubaya qayıtmasına icazə verməyə çalışır".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Floridada jurnalistlərə bildirib.
Tramp ABŞ-nin Kuba hakimiyyətinə qarşı tələblərinə toxunaraq deyib: "İstəyirəm ki, ABŞ-yə gələn və Kubada dəhşətli şəkildə rəftar edilən insanlara qayğı göstərilsin ki, onlar geri qayıda bilsinlər. Onların orada illərdir görə bilmədikləri ailələri var", - deyə Amerika lideri əlavə edib.
Tramp həmçinin bildirib: "Kuba uzun müddətdir uğursuzluğa düçar olan bir ölkədir. İndi isə onların Venesueladan dəstəyi yoxdur".