EN

Cəlilabadda əmisinin baltaladığı yeniyetmə öldü – YENİLƏNDİ

Cəlilabadda əmisi tərəfindən baltalanan 15 yaşlı yeniyetmə xəstəxanada ölüb.

“Yeni Sabah” xəbər verir ki, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin səylərinə baxmayaraq, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib

***

18:54

Cəlilabad rayonunda əmi qardaşı uşaqlarına kəsici-deşici alətlə xəsarət yetirib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Üçtəpə kəndində qeydə alınıb.

49 yaşlı Ə.Nağıyev qardaşı övladları – 2012-ci il təvəllüdlü Nagıyev Hüseyn Musa oğluna və  2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızına xəsarət yetirib.

Məlumara görə, şəxsi münasibətlər zəminində yaxın qohumlar arasında mübahisə yaranıb. Mübahisə nəticəsində əmi yeniyetmə qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Yeniyetmələrin vəziyyətlərinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən əmi, Dağıstandan yenicə qayıdıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı deyilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. (APA)

Araşdırma aparılır.

Chosen
53
14
editor.az

10Sources