EN

OPEC+ ölkələrindən mühüm qərar

Könüllü neft hasilatı məhdudiyyətlərində iştirak edən səkkiz "OPEC+" ölkəsinin (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt) nazirləri qrupun mart ayı üçün hasilat planını müəyyən etmək üçün ənənəvi aylıq görüş keçiriblər.

Publika.az xəbər verir ki, neft hasilatının artırılmasının dayandırılması qərarı qüvvədə saxlanılıb və mart ayında neft hasilatı kvotaları 2025‑ci ilin dekabr səviyyəsində qorunub.

Saziş iştirakçıları təsdiqləyiblər ki, gündəlik 1,65 milyon barel həcmində neft bazardakı şəraitdən asılı olaraq tədricən, qismən və ya tam şəkildə geri qaytarıla bilər.

Chosen
14
3
publika.az

4Sources