EN

Kadi 3 aydan sonra qayıtdı

"Qarabağ"ın futbolçusu Kadi Borges 3 aylıq fasilədən sonra yaşıl meydançaya qayıdıb. 

"Yeni Sabah" Sportnet.az-a istinadən xəbər verir ki, bu, "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının XVIII tur matçında baş verib. 

Braziliyalı yarımmüdafiəçi 84-cü dəqiqədə oyuna daxil olub. O, Marko Yankoviçi əvəzləyib. 

Qeyd edək ki, Kadi Borges noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda İngiltərənin "Çelsi" komandasına qarşı Çempionlar Liqasının IV tur matçında zədələnmişdi. 


Telegram kanalımız
Chosen
15
yenisabah.az

1Sources