EN

Regional Mədəniyyət İdarəsinin binası bir rayondan digərinə köçürülür

Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin binası Biləsuvar rayonundan Salyan rayonuna köçürüləcək.

"Ölkə.az" "Report"a istinadla bildirir ki, idarə bundan sonra Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəliyinin yerləşdiyi binada fəaliyyət göstərəcək.

Qeyd edək ki, sözügedən idarə 2023-cü ilin fevral ayında Biləsuvar Regional Mədəniyyət İdarəsinin əsasında yaradılıb. Hazırda regional idarənin müdiri Araz Əlizadədir.

Chosen
12
5
olke.az

6Sources