EN

Kadi geri döndü

style='margin-bottom:10px;'>

“Qarabağ”ın futbolçusu Kadi Borqes uzun müddətdən sonra zədəsini sağaldıb.

QOL.az xəbər verir ki, futbolçu 3 aylıq fasilədən sonra bu gün “Turan Tovuz”a qarşı keçirilən matçın 84-cü dəqiqədə meydana çıxıb. O, Marko Yankoviçi əvəzləyib.

Xatırladaq ki, futbolçu ötən ilin noyabrında UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirilən “Qarabağ” - “Çelsi” matçında (2:2) zədələnmişdi. Braziliyalı yarımmüdafiəçi oyunun 31-ci dəqiqəsində əvəz olunmuşdu.

Qeyd edək ki, bu, Kadinin ötən ilin oktyabrında "İmişli"yə qarşı keçirilən matçdan sonra Misli Premyer Liqasında ilk qarşılaşması olub.

Chosen
14
1
teleqraf.com

2Sources