Kadi Borges 2026-cı ildə ilk oyununa çıxıb. Metbuat.az-ın məlumatına görə, "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges aylar sonra bu gün "Turan-Tovuz"la keçirilən matçda 84-cü dəqiqədə meydana çıxıb.Qeyd edək ki, Kadi Borges ötən ilin noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində “Çelsi” ilə keçirilən oyunda ayağından zədələnmişdi.Sevinc İbrahimzadə / Metbuat.az