EN

Türkiyədə qaz istehlakı rekord həddə çatıb


Bu ilin yanvar ayında Türkiyədə təbii qaz istehlakı bütün dövrlər üzrə rekord göstərici ilə yadda qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS Türkiyənin EPIAS enerji birjasının məlumatlarına istinadən məlumat yayıb.
Bildirilir ki, yanvar ayında Türkiyədə daxili qaz tələbatı 2018-ci ildən bəri ən yüksək səviyyəyə yüksələrək 9 milyard kubmetr təşkil edib. Qaz istehlakında artım qış mövsümündə havaların soyuq keçməsi və enerji tələbatının yüksəlməsi ilə əlaqələndirilir.
Hesabatda qeyd olunur ki, Rusiya 2025-ci ilin ilk 11 ayında Türkiyəyə boru kəmərləri vasitəsilə qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 3% artıraraq 18,9 milyard kubmetrə çatdırıb. Rusiya qazı Türkiyəyə Qara dənizdən keçən iki əsas boru kəməri – “Mavi Axın” və “Türk Axını” vasitəsilə nəql olunur.
Chosen
16
yeniavaz.com

1Sources