EN

Medvedev Rusiyanın qələbəsini elan etdi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xüsusi hərbi əməliyyat (SVO) çərçivəsində əldə etdiyimiz hərbi üstünlük artıq Rusiyanın qələbəsinə imkan yaradır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. Onun sözlərinə görə, mövcud vəziyyət baş verən proseslərdən konkret nəticələr çıxarmağa imkan verir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, xüsusi hərbi əməliyyatın məqsədləri ilkin olaraq Rusiya Prezidenti Vladimir Putin tərəfindən müəyyənləşdirilib və həmin hədəflər indiyədək faktiki olaraq dəyişməz qalıb.

Daha əvvəl, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter də açıqlamasında Ukraynanın Rusiya ilə münaqişədə sonda təslim olmağa məcbur qalacağını iddia edib. Onun fikrincə, Rusiyanın hücum əməliyyatlarının miqyası və intensivliyi o qədər genişdir ki, NATO ölkələri və ABŞ daxil olmaqla bu prosesi dayandırmaq mümkün deyil.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
6
globalinfo.az

7Sources