EN

İran hökuməti etirazlarda ölənlərin siyahısını Dərc etdi

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

İran hökuməti Prezident Məsud Pezeşkianın əmri ilə etirazlarda həyatını itirən təxminən 3000 nəfərin adlarının siyahısını dərc edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, İran hakimiyyəti rəsmi olaraq iğtişaşlar nəticəsində 3117 nəfərin öldüyünü bildirib. Dərc olunmuş siyahıda isə 131 nəfərin adı olmayıb. İran Nazirlər Kabineti bu insanların şəxsiyyətinin hələ müəyyən edilmədiyini izah edib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında ölkənin milli valyutası olan İran rialının devalvasiyası ilə kütləvi etiraz aksiyaları başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
4
qafqazinfo.az

5Sources