Kiyev, 1 fevral, AZƏRTAC
Fevralın 1-də Rusiya ordusu Ukraynanın Dnepropetrovsk bölgəsində avtobusa dronla hücum edib. Hücum nəticəsində 12 nəfər ölüb, 7 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” səhifəsində məlumat verib.
Qanja bildirib ki, hadisə Pavloqrad rayonu ərazisində baş verib.
Avtobusda olanlar mədən işçiləri olub, onlar növbədən çıxarkən dron hücumuna məruz qalıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev