EN

Milli.Az 16 yaşını qeyd edir

Bu gün Milli.Az internet portalının 16 yaşı tamam olur.

Bakıvaxtı.az xəbər verir ki, qısa müddət ərzində Milli.Az Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.

Bu müddət ərzində Milli.Az böyüyüb, daha funksional olub, böyük auditoriya qazanıb və oxucularının sayını artırmağa davam edir. Milli.Az kollektivi istifadəçilərinə ən son dünya tendensiyalarına uyğun tamamilə yeni layihə təqdim edib.

Ötən 16 il ərzində Milli.Az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.

Saytın məqsədi baş verən hadisələrlə bağlı oxucuları obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanı ilə yanaşı, ümumi inkişafına xidmətdir.

Bakıvaxtı.az kollektivi Milli.Az internet portalındakı həmkarlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır!

Chosen
21
2
bakivaxti.az

3Sources