Gəncədə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil ilə digər avtomobil toqquşub.

Qəza zamanı 2006-cı il təvəllüdlü Ə.Quluzadə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info