EN

OPEC+ ölkələri mart ayı üçün neft hasilatını müzakirə edir

BAKI, 1 fevral. TELEQRAF

Səkkiz aparıcı OPEC+ ölkəsinin nümayəndələri neft bazarındakı mövcud vəziyyəti və mart ayı üçün hasilat siyasətini müzakirə etmək məqsədilə onlayn görüş keçirirlər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən yazır.

Görüşdə əsas gündəm neft hasilatının gələcək həcmləri ilə bağlı qərarın qəbul olunmasıdır. Bildirilir ki, OPEC+ “səkkizliyi” mart ayında neft hasilatını artırmamaq barədə prinsipial razılığa gəlib.

Görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt iştirak edir.

Qeyd edək ki, 2025-ci ilin noyabrında OPEC+ ölkələri mövsümi amilləri nəzərə alaraq 2026-cı ilin I rübü üçün neft hasilatının artırılmasının dayandırılması barədə razılıq əldə etmişdi. Son iclasda da bu qərar təsdiqlənib.

Chosen
26
teleqraf.com

1Sources