EN

Zelenski Əbu-Dabidəki növbəti danışıqların tarixini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə Ukrayna arasında bu gün Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqların baş tutmayacağını açıqlayıb.O, müvafiq mesajı özünün Telegram kanalında paylaşıb.

"Qrupumuz indi məlumat verdi ki, danışıqlar olmayacaq. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: 4 və 5 fevralda Əbu-Dabidə", - deyə Zelenski yazıb.

Onun sözlərinə görə, Ukrayna əsaslı müzakirələrə hazırdır və nəticənin Rusiya-Ukrayna müharibəsini real və ləyaqətli sona yaxınlaşdıracağına əmin olmaqda maraqlıdır.

Chosen
2
5
anews.az

6Sources