EN

“ABŞ 48 saat ərzində İranı vuracaq” – Vuçiç

Serbiya Prezidenti Aleksandr Vuçiç növbəti 48 saat ərzində ABŞ-nin İrana zərbə endirəcəyinə inandığını bildirib.

KONKRET.az xəbər verir ki, Serbiya lideri bu açıqlamanı Pink televiziya kanalında verib.

“Növbəti 48 saat ərzində İrana zərbə endirilməsini və bir neçə digər mühüm hadisəni gözləyirəm. Bu günkü şərait çətindir. Əminəm ki, sülhü qorumaq öhdəliyimiz çox vacibdir”, – deyə Aleksandar Vuçiç vurğulayıb./Report

Chosen
13
13
konkret.az

10Sources