Cəlilabadda əmi 12 və 14 yaşlı qardaşı qızı və oğlunu baltalayıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində baş verib.
Kənd sakini şəxsi münasibətlər zəminində yaxın qohumlarına hücum edib. İlkin məlumata əsasən, o, 12 və 14 yaşlı qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib.
Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onların vəziyyəti ağırdır.