EN

Cəlilabadda əmi azyaşlı qohumlarına hücum edib

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində kənd sakini şəxsi münasibətlər zəminində azyaşlı qohumlarına hücum edib.

“Unikal”ın məlumatına görə, əmi 12 yaşlı qardaşı qızına və 14 yaşlı qardaşı oğluna kəsici alətlə xəsarətlər yetirib. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq aparılır.

Xəlil Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
2
unikal.az

4Sources