EN

Həbibdən DÇ-2026 ilə bağlı maraqlı proqnoz

Əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədov 2026-cı ildə keçiriləcək Dünya çempionatının qalibinin hansı komanda olacağı ilə bağlı proqnoz verib.

Publika.az xəbər verir ki, Həbib bu barədə “Al Arabiya English” telekanalına danışıb.

“Düşünürəm ki, İspaniya və ya Fransa qalib gələcək. Məncə, bu iki komanda favoritdir. Bəlkə də Portuqaliya da, çünki onların çox yaxşı gənc komandası var. Portuqaliya qalib gələ bilər. İspaniya və Fransa mənim azarkeşlik etdiyim komandalar deyil, amma düşünürəm ki, onlardan biri qalib gələcək”, – Nurməhəmmədov deyib.

Chosen
13
publika.az

1Sources