Pakistan ordusu elan edib ki, ölkənin gərginlik yaşanan cənub-qərb bölgəsi olan Bəlucistanda “terrorçular” tərəfindən həyata keçirilən bir neçə intihar və silahlı hücum nəticəsində mülki şəxslər də daxil olmaqla 33 nəfər ölüb.Metbuat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Təhlükəsizlik qüvvələrinin cavab tədbirləri zamanı isə 92 hücumçu zərərsizləşdirilib.
Analitiklər bu hadisəni son onilliklər ərzində silahlılar üçün ən amansız gün kimi qiymətləndiriblər.