EN

Kəsici-deşici alətlə yaralanan şəxsin vəziyyəti orta-ağırdır

Göygöl rayonunda kəsici-deşici alətlə xəsarətyetirmə hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon ərazisindəki yataqxanaların birində qeydə alınıb.

Rayonun Topalhəsənli kənd sakini, 1993-cü il təvəllüdlü Orxan Həsənov bədəninin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Yaralıya dərhal ilkin tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Chosen
12
3
bakivaxti.az

4Sources