EN

Gürcüstan parlamentinin sədri Avropa Parlamentinin deputatının üzr istəməsini tələb edir

Tbilisi, 1 fevral, AZƏRTAC

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentinin üzvü Mixael Qalerinin Gürcüstan liderləri haqqında dərc etdiyi paylaşımla bağlı tələb irəli sürüb.

AZƏRTAC xəbər verir ki, Ş.Papuaşvili sosial şəbəkə hesabında yazıb ki, Mixael Qalerin yazısı ya silinməli, ya da Gürcüstan rəsmilərindən üzr istənilməlidir.

Qeyd edək ki, AP-nin üzvü Mixael Qaler sosial mediada hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze və hakim partiyanın digər siyasətçilərini ölkəni tərk etməyə, gürcü xalqının böyük əksəriyyətinin sovet deyil, Avropa Gürcüstanına doğru yolunu davam etdirməsinə icazə verməyə çağırıb. O, həmçinin İvanişvili və Kobaxidzeni "Moskva məxluqları" adlandırıb.

Papuaşvilinin sözlərinə görə, bu cür axmaq, insanlıqdan kənar dildən istifadə etmək Gürcüstan liderlərini alçaltmır, əksinə, bu alman siyasətçinin təmsil etdiyi ölkəni ləkələyir. Belə ciddi, arxaik səhv paylaşımı silməklə və üzr istəməklə düzəldilə bilər.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
24
3
azertag.az

4Sources