EN

Tədbir Pxenyanda keçiriləcək

Şimali Koreyada Kim Çen İrin doğum ildönümü şərəfinə Üçüncü Xalq İncəsənət Festivalı keçiriləcək. 

Bu barədə məlumatı rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) verib. 

Məlumata görə, tədbirin vəzifəsi "ölməzlik arzusu və dahi şəxsiyyəti vəsf etməkdir". KCNA qeyd edir ki, bu irimiqyaslı tədbir zamanı "bütün ömrünü Vətəninə və xalqına həsr etmiş yoldaş Kim Çen İrin əvəzsiz inqilabi həyatını və xidmətlərini əsrlər boyu nəsildən-nəslə ötürməyə, Partiya Mərkəzi Komitəsinin rəhbərliyini yekdilliklə və sədaqətlə dəstəkləməyə, özünəməxsus sosializmin hərtərəfli çiçəklənmə dövrünü daha dinamik və cəsarətlə açmağa hazır olan bütün ölkə xalqının sarsılmaz iradəsi və nəcib mənəvi borcu nümayiş etdiriləcək".

Fevralın 13-dən 18-dək keçiriləcək festival, paytaxtdakı və ölkənin digər yerlərindəki teatr və salonlarda, o cümlədən Şərqi Pxenyan Böyük Teatrı və Hamhung Böyük Teatrında baş tutacaq. Tədbir səyyar bədii təşviqat briqadaları və incəsənət qrupları kateqoriyaları üzrə təşkil olunacaq.

Festival məkanlarında bütün xalqın fikir və duyğularını əks etdirən rəhbərə ehtiram himnləri, eləcə də bu coşqun dövrü vəsf edən mahnılar səslənəcək.

Tədbirdə bütün regionlardan və bölmələrdən seçilmiş ən yaxşı kollektivlər bir araya gələcəyi bildirilib. 



Chosen
12
news365.az

1Sources