EN

Göygöl sakini kəsici alətlə xəsarət aldı

Göygöldə 34 yaşlı kişi kəsici alətlə xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü O. Həsənov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.

Xəstəyə zəruri tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
14
3
unikal.az

4Sources