Türkiyədə narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan “Reynmen” ləqəbi ilə tanınan rep ifaçısı Yusuf Aktaşın jurnalistlərə reaksiyası diqqət çəkib.
Ölkə.az xəbər verir ki, Aktaş kameralara gülümsəyərək, “Bu qədər yaxından çəkməyə ehtiyac yoxdur” deyib.
İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən verilən açıqlamada bildirilib ki, “narkotik və ya psixotrop maddələrin istehsalı və ticarəti”, “narkotik və ya psixotrop maddələrin istifadəsini asanlaşdırma”, həmçinin “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama və ya istifadə etmə” maddələri üzrə istintaq aparılır.
Açıqlamada qeyd olunub ki, istintaq çərçivəsində İstanbul, Ankara, Muğla və Yalova şəhərlərində axtarış və saxlanılma əməliyyatları həyata keçirilib. Dünən səhər saatlarında Hasan Can Kaya, Yusuf Aktaş (Reynmen), Emirhan Çakal, Mazlum Aktürk, Mert Eren Bülbül, Sıla Dündar, Döndü Şahin, Burak Güngör, Ahmet Can Dündar, Berkcan Güven və Fırat Yayla saxlanılıb. Saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra aidiyyəti üzrə jandarma bölmələrinə aparılıblar.(musavat)