“Leypsiq”in sağ cinah müdafiəçisi Lütsxarel Gertreyd karyerasını “Liverpul”da davam etdirə bilər.
90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumata görə, Mersisayd təmsilçisi futbolçu ilə razılığa gəlib.
Alman klubu 25 yaşlı oyunçunu buraxmağa hazırdır. “Liverpul” və “Sanderlend” arasında birbaşa əlaqə mövcuddur. Hazırda danışıqlar davam edir və “Liverpul”un bu keçidi ən qısa vaxtda yekunlaşdırmağı hədəfləyir.
Futbolçu cari mövsümdə icarə əsasında “Sanderlend”də çıxış edir.
Cari mövsümdə Gertreyd bütün turnirlərdə 18 oyuna çıxıb, məhsuldar göstərici qazana bilməyib. Onun “Leypsiq”lə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, müdafiəçinin bazar dəyəri 20 milyon avrodur.