EN

“Heç vaxt onun səviyyəsində olmaram”

“Liverpul”un hücumçusu Uqo Ekitike keçmiş kapitan Stiven Cerrardın onun barədə fikirlərinə cavab verib. 

90deqiqe.Az xəbər verir ki, "Goal.com" futbolçunun dediklərini belə çatdırıb.

“Düzünü deyim, o vaxtlar Premyer Liqanı izləyə bilmirdim. Anam ödəmir deyə, izləyə bilmirdim! Yalnız "YouTube"da bəzi oyun parçalarını baxırdım. Heç vaxt özümü onunla eyni səviyyədə görməyəcəyəm. Torres inanılmaz futbolçu idi. Əgər mən onun səviyyəsinə çatsam, bu möhtəşəm olar. Mən çalışmaqda davam etməliyəm”.

Qeyd edək ki, Cerrard fransalı futbolçunu klubun sabiq hücumçusu Fernando Torreslə müqayisə edərək bildirib: “O oxşar qollar vurur. Əgər ona sahə buraxsan, o qaçacaq və elə bir qol edəcək ki, onu tutmaq mümkün olmayacaq. Ekitike olduqca təhlükəlidir”.

Əlavə edək ki, Torres 2007–2011-ci illərdə “Liverpul”da çıxış edib. O, bu müddətdə bütün turnirlərdə 142 oyuna çıxıb, 81 qol vurub və 19 məhsuldar ötürmə edib.

Chosen
30
90deqiqe.az

1Sources