19-cu tur
Oser – PSJ 0:1
Barkolya, 79. (17254)
PSJ: Şevalye, Zair-Emeri, Zabarnı, Beraldo, L.Ernandes, Mbaye (Due, 61), Vitinya, Mayulu, Kvaratsxeliya, Ramuş (Dembele, 62), Barkolya.
Marsel – Lans 3:1
Quiri, 3; 75. Nvaneri, 13 – Fofana, 85. (52673)
Marsel: Rulyi, Balerdi, Agerd (Pavar, 74), Medina, Vea, Höybyerq, Timber (O’Rayli, 74), Payşao, Nvaneri (Qrinvud, 58), Traore (Bakola, 74), Quiri (Obameyanq, 80).
Havr – Monako 0:0
(19033)
Monako: Kön, Uattara (Vanderson, 57), Kerer, Fas (Dayer, 29/Teze, 71), Enrike, Kamara, Akliuş, Zakariya, Qolovin, İlenihena (Fati, 57).
Mets – Lion 2:5
Kuao, 34. Diallo, 64 – Endrik, 11; 45+1; 87-p. Klyuvert, 16. Morton, 32. (28244)
Lill – Strasbur 1:4
Fernandes-Pardo, 90+3 – Paniçelli, 25. Enkiso, 26. Qodo, 58; 72. (38551)
Renn – Loryan 0:2
Makenqo, 3. Paji, 77. (28659)
Brest – Tuluza 0:2
Diop, 27. Qboo, 43. (13823)
Nant – Nitsa 1:4
Məhəmməd, 45+2 – Şo, 16; 29. Diop, 40. Luşe, 90+3. (23112)
Paris – Anje 0:0
(15003)
1. PSJ 19 14 3 2 41-15 45
2. Lans 19 14 1 4 33-16 43
3. Marsel 19 12 2 5 44-20 38
4. Lion 19 11 3 5 32-20 36
5. Lill 19 10 2 7 34-29 32
6. Renn 19 8 7 4 30-27 31
7. Strasbur 19 9 3 7 32-23 30
8. Tuluza 19 8 5 6 31-23 29
9. Loryan 19 6 7 6 25-30 25
10. Monako 19 7 3 9 28-33 24
11. Anje 19 6 5 8 20-25 23
12. Brest 19 6 4 9 24-31 22
13. Nitsa 19 6 3 10 25-36 21
14. Paris 19 5 5 9 24-32 20
15. Havr 19 4 8 7 16-24 20
16. Nant 19 3 5 11 18-34 14
17. Oser 19 3 3 13 14-29 12
18. Mets 19 3 3 13 21-45 12
Bombardirlər: Qrinvud (Marsel) – 12, Paniçelli (Strasbur) - 11, Lepol (Renn) – 9.
Növbəti turun oyunları yanvarın 30-u – fevralın 1-i aralığında keçiriləcək: Lans – Havr, Paris – Marsel, Loryan – Nant, Monako – Renn, Lion – Lill, Anje – Mets, Nitsa – Brest, Tuluza – Oser, Strasbur – PSJ.
Turun rəqəmi
8 – “Lans”ın qələbə seriyası 8-də dayandı. Və bu məğlubiyyət “qan-qızılılar”a liderliyi itirmək bahasına başa gəldi. Onlar buna qədər sonuncu dəfə ötən ilin oktyabrında uduzmuşdular (“Mets” – 0:2).
Turun ulduzu
Endrik (Lion) – “Real”da yetərincə şans qazanmayan hücumçu Fransada “at oynadır”. 19 yaşlı braziliyalı “Mets”lə oyunda het-trik etdi. Bu ay icarəyə götürülən forvard yeni komandasında keçirdiyi üç oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Turun sitatı
Roberto De Zerbi, “Marsel”in baş məşqçisi:
“Media artıq hansısa nəticəyə gəlməlidi. Bəzən deyirsiz ki, pis oynayırıq, bəzən də deyirsiz yaxşı oynayırıq. Bəlkə mən Fransa pasportu almalıyam ki, siz də başqa nəsə deyəsiz. Yaxşı, yoxsa pis oynamağımızla bağlı qərar verin. Mənim öz fikrim var, necə oynadığımızı bilirik. “Marsel” 1970-71-ci illərdən bəri bu mövsümdəki qədər çox qol vurmayıb. “Marsel”in 19 oyundan sonra bu qədər çox qol vurmasının üzərindən 56 il ötüb. Sizi nəyəsə inandırmaq mənə lazım deyil. Nə istəyirsizsə, onu da yazın”.