EN

“Qarabağ”ın qazandığı BONUS

Çempionlar Liqasının əsas mərhələsini 22-ci pillədə başa vuran “Qarabağ” daha 0,750 bonus xalı qazanıb.

NOCOMMENT.az sportinfo.az-a istinadən xəbər verir ki, bu nəticə Azərbaycana UEFA reytinqində Sloveniyanı geridə qoymağa imkan verib.

Hazırda Azərbaycan 22,937 xalla 26-cı yerdə qərarlaşıb. Sloveniyanın aktivində isə 22,843 xal var. Lakin 26-cı pillə uğrunda mübarizə hələ başa çatmayıb.

Sloveniyanın Konfrans Liqasında təmsilçisi “Çelye” mübarizəni davam etdirir. Bu komanda 1/16 final mərhələsində Kosovo təmsilçisi “Drita” ilə qarşılaşacaq.

Bu səbəbdən Azərbaycanın 26-cı yeri qoruması asan olmayacaq.

Cari mövsümdə Azərbaycan klubları ümumilikdə 23,250 xal toplayıb. Bu göstərici avrokuboklarda çıxış edən 4 klubun sayına bölündükdə 5,812 reytinq xalı əldə olunur.

5,812 xal Azərbaycan klub futbolu tarixində ən yüksək nəticə deyil. Rekord 2023/24 mövsümündə 5,875 xal olub.

Chosen
66
2
nocomment.az

10Sources