EN

Fransa klubunun futbolçusu "Yuventus"a keçir

Fransanın "Nitsa" klubunun futbolçusu Jeremi Boqa karyerasını İtaliya təmsilçisi "Yuventus"da davam etdirəcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 29 yaşlı cinah oyunçusu tibbi müayinədən keçmək və daha sonra rəsmi müqavilə imzalamaq üçün Turinə yollanıb.

Xatırladaq ki, Jeremi Boqa daha əvvəl İtaliyada "Atalanta" və "Sassuolo"nun formasını geyinib. O, cari mövsüm Liqa 1-də meydana çıxdığı 14 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Cebheinfo.az”

Chosen
5
3
cebheinfo.az

4Sources