Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının növbəti partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb.Metbuat.az xəbər verir ki, 25 vaqona yüklənmiş ümumilikdə 1746 ton Aİ 95 markalı benzin "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasına çatdırılacaq. Yük daha sonra Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən etibarən qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.