Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Pravda.az APA-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəində baş verib.
Qəza zamanı avtomobillərin birində olan Sumqayıt şəhər sakinləri olan qayınata və gəlin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Hazırda yaralıların müayinəsi aparılır.
Qəza zamanı xəsarət alan şəxslərin Zaqatalaya qonaq getdikləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 1 Fevral 2026, 15:05