2025-ci ildə Gürcüstan hakimiyyəti 1311 xarici vətəndaşı deportasiya edib. “Cebheinfo.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əcnəbilərin deportasiya səbəblərinə qanuni qalma müddətinin bitməsindən sonra ölkədə qalmaları, Gürcüstan qanunlarını pozmaları və sığınacaq verilməsinin rədd edilməsi daxildir.
Nazirliyin məlumatına görə, deportasiya edilən əcnəbilərin çoxu Hindistan vətəndaşları olub. Keçən il Gürcüstandan cəmi 269 Hindistan vətəndaşı deportasiya edilib.
Deportasiya edilən əcnəbilərin sayına görə Türkiyə ikinci yerdədir. Eyni dövrdə Gürcüstandan 176 Türkiyə vətəndaşı deportasiya edilib.
2025-ci ildə 157 İran vətəndaşı bu ölkədən deportasiya edilib.
Qonşu ölkələrə gəldikdə isə 2025-ci ildə Gürcüstandan 39 Azərbaycan, 26 Ermənistan və 73 Rusiya vətəndaşı deportasiya olunub.
Əksər əcnəbilər üçün Gürcüstanda qanuni qalma müddəti 365 gündür.