EN

Azərbaycan cüdoçuları ilk gündə 7 medal qazandılar

Belçikanın Vise şəhərində cüdo üzrə Beynəlxalq Açıq Turnir başlayıb. 

Fanat.Az xəbər verir ki, yarışın ilk günü Azərbaycan yığma komandası üçün uğurlu alınıb.

Murad Muradlı (60 kq) və Camal Feyziyev (+100 kq) qızıl medal qazanıblar.

Əbil Yusubov (73 kq) və Zelim Tçkayev (90 kq) gümüş medala layiq görülüblər.

Bundan əlavə, Fərid Qarayev (60 kq), Kamran Süleymanov (73 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc medal əldə ediblər.

Chosen
6
fanat.az

1Sources