EN

Qaxda baş verən yol qəzasında yaralıların kimlikləri məlum olub - YENİLƏNİB

Qaxda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimlikləri məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan 65 yaşlı Sumqayıt şəhər sakini Rafiq Ələkbərov və onun gəlini 32 yaşlı Səma Ələkbərovadı.

Qeyd edək ki, Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində “Mitsubishi” və “Nissan” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan şəxslər isə “Mitsubishi” markalı avtomobildə olublar.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

***

13:49

Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəində baş verib. İlkin məlumata görə, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı avtomobillərin birində olan Sumqayıt şəhər sakinləri olan qaynata və gəlin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Qəza zamanı xəsarət alan şəxslərin Zaqatalaya qonaq getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
20
3
apa.az

4Sources