EN

Antalyada sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb

Türkiyənin Antalya vilayətində baş verən qəzada 8 nəfər ölüb.

SİA xəbər verir ki, hadisə ilə bağlı bu barədə bölgəyə baxış keçirən Antalya valisi Hulusi Şahin açıqlama verib.

O bildirib ki, dünən axşam saatlarında Tekirdağdan yola çıxan sərnişin avtobusu bu gün yerli vaxtla saat 10:20 radələrində Antalyanın Döşemealtı rayonundakı Kömürlər yol ayrıcındakı döngədən uçuruma aşıb.

“Qəza nəticəsində təəssüf ki, 8 vətəndaşımız həyatını itirib, 26 yaralımız var. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Yaralılar tibb müəssisələrinə çatdırılıblar”, - deyə Şahin qeyd edib.

Qəza yerində xilasedici qrupların işləri davam edir.

Chosen
11
1
sia.az

2Sources