EN

Konate qol vurdu və göz yaşlarını saxlaya bilmədi

style='margin-bottom:10px;'>

"Liverpul"un futbolçusu İbrahima Konate İngiltərə Premyer Liqasının 24-cü turunda "Nyukas"la oyunda (4:1) qol vurduqdan sonra göz yaşlarını saxlaya bilməyib.

QOL.az xəbər verir ki, ötən həftə atası rəhmətə gedən fransalı müdafiəçi qoldan sonra ağlayıb.

Oyundan sonra keçirilən mətbuat konfransında "Liverpul"un baş məşqçisi bildirib ki, əslində Konate komandaya bir neçə gündən sonra qoşulmalı idi: "O, mənə zəng etdi və komandanın müdafiə xəttində çatışmazlıqlar olduğuna görə geri dönmək istədiyini bildirdi. O, təkcə qolu ilə deyil, həm də bu gün əla performansı ilə seçidli".

Qeyd edək ki, Konate Premyer Liqada "Bornmut", Çempionlar Liqasında "Marsel" və "Qarabağ"la oyunları buraxıb.

Chosen
41
2
teleqraf.com

3Sources