EN

“Arena Hotel Quba”da  təqdimat mərasimi keçirilib- FOTOLAR

Fevralın 1-də “Millennium Turizm” şirkətlər qrupunun təşəbbüsü, “Arena Hotel Group”un təşkilatçılığı və sponsorluğu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və “Skal International Baku” klubunun rəsmi dəstəyi ilə “Millennium Turizm” şirkətlər qrupunun incoming (gəlmə) turizm departamentinin əməkdaşları üçün “Arena Hotel Quba”da təqdimat mərasimi təşkil olunub.

image-img_20260201_111244

Təqdimat mərasimini giriş sözü ilə açan “Arena Hotel Group” şirkətlər qrupunun rəhbəri Cavid Seyidov şirkətin fəaliyyəti barədə ümumi məlumat verib. O bildirib ki, hazırda şirkətin tərkibində ümumilikdə 40 otel fəaliyyət göstərir.

“Arena Hotel Group yeniliklər etməyə davam edir. Artıq şirkətin balansında olan otelləri yeni konsepsiyaya uyğun şəkildə hazırlamağı bacarmışıq”, – deyə Cavid Seyidov qeyd edib.

image-img_20260201_113218image-img_20260201_113201image-img_20260201_112943

Daha sonra çıxış edən “Arena Hotel Group”un direktor müavini Rasim İbrahimov bildirib ki, hazırda Naxçıvan istisna olmaqla, Azərbaycanın bütün bölgələrində şirkətə məxsus otellər fəaliyyət göstərir.
“Otellərimiz xidmət keyfiyyətinə görə fərqlənir. Artıq bütün hotellərimiz yüksək səviyyədə təmir edilib, xidmət standartları yüksəldilib. Kollektivimiz tam peşəkar kadrlardan formalaşıb”, – deyə Rasim İbrahimov vurğulayıb.

image-img_20260201_112200

Ardınca “Arena Hotel Quba”nın əməkdaşı Camal Həziyev otel barədə ətraflı məlumat verib. O bildirib ki, otel ümumilikdə 16 hektar ərazini əhatə edir.

image-img_20260201_112922

“Arena Hotel Quba”da yüksək səviyyəli xidmət təşkil olunub. Geniş idman meydançaları mövcuddur və burada Azərbaycan çempionatının oyunları keçirilir. Qonaqlar üçün hər cür şərait yaradılıb. Otel ərazisində pulsuz fəaliyyət göstərən, yüksək standartlara malik uşaq bağçası var. Qonaqlar 8 yaşadək uşaqlarını bu bağçaya etibar edərək rahat istirahət edə bilərlər”, – deyə Camal Həziyev qeyd edib.

image-img-20260201-wa0027

Tədbirdə çıxış edən “Millennium Turizm” şirkətlər qrupunun rəhbəri Ruslan Quliyev otelin Azərbaycan turizmi üçün əhəmiyyətindən danışıb. O vurğulayıb ki, ölkədə turizmin mövsümi xarakterdən çıxarılmasının vaxtı çatıb.

“Biz çalışmalıyıq ki, Azərbaycanda turizm ilin 12 ayı aktiv olsun. Bu şirkətin balansında olan demək olar ki, bütün otellərdə olmuşam və hamısı yüksək xidmət səviyyəsi ilə seçilir. Beyləqan Olimpiya Kompleksində tez-tez işgüzar səfərlə qalıram. Bölgədə belə bir kompleksin olması sevindirici haldır”, – deyə Ruslan Quliyev bildirib.

Tədbirin sonunda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən iki günlük infoturda iştirak edən şəxslərə təşəkkürnamələr təqdim olunub.

image-img-20260201-wa0050 image-img-20260201-wa0049 image-img-20260201-wa0048 image-img-20260201-wa0038 image-img-20260201-wa0026 image-img_20260201_122531 image-media-img_20260201_112943-072rbjzunl5figo381ac-1200x630

Chosen
15
1
moderator.az

2Sources