EN

Fənərbaxça yeni hücumçu transfer etdi

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Fənərbaxça" yeni hücumçu transfer etdi

"Anje"nin hücumçusu Sidiki Şerif "Fənərbaxça"ya keçir.

QOL.az xəbər verir ki, fransalı forvard artıq İstanbuldadır.

19 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanacağı gözlənilir.

Tanınmış insayder Fabritsio Romanonun xəbərinə görə, “Fənərbaxça” Sidikinin icarəsi üçün “Anje” klubuna 4 milyon avro ödəyəcək. Hücumçunun müqaviləsində 18 milyon avroya satınalma və əlavə olaraq 3 milyon avroluq bonus maddəsinin də yer aldığı bildirilir.

Qeyd edək ki, Sidiki Şerif "Anje"nin yetirməsidir. O, bu mövsüm Liqa 1 təmsilçisində 20 rəsmi matçda 4 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
56
4
qol.az

10Sources