EN

Premyer Liqada ölüm qalım matçı YA QARABAĞ , YA DA TURAN TOVUZ ...

ain.az bildirir, Apasport portalına istinadən.

Misli Premyer Liqasında XVIII tur davam edir.

Apasport.az xəbər verir ki, həftəyə Tofiq Bəhramov adına Respublika stadionunda yekun vurulacaq.

“Qarabağ” “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 18:30-da start götürəcək.

Ağdamlılar qalib gələrək "Sabah"la xal fərqini yenidən 4-ə endirmək arzusundadır. Qərb təmsilçisi isə qələbə qazanacağı təqdirdə "Qarabağ"a daha da yaxınlaşacaq.

"Turan Tovuz"un aktivində təxirə salınmış bir matç da var. Komanda hər iki görüşdən itkisiz ayrılsa, son çempionla xallarını bərabərləşdirəcək.

Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Laynsman funksiyasını Elşad Abdullayev və Pərvin Talıbov yerinə yetirəcəklər. Dördüncü hakim isə Elvin Bayramov olacaq.

Qeyd edək ki, hesabında 36 xal olan “Qarabağ” lider “Sabah”dan 7 xal geri qalır. 

Misli Premyer Liqası

II dövrə, XVIII tur

1 fevral

18:30. "Qarabağ" – "Turan Tovuz"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.

VAR: Rəşad Əhmədov.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Tofiq Bəhramov adına Respublika stadionu

 

Dambrauskas: “Avropada Azərbaycan adı çəkiləndə ilk "Qarabağ" yada düşür”

“Qarabağ” ilk transferini reallaşdırdı - EKSKLÜZİV

"Sabah" “Zirə” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB

Millimizin üzvü "Partizan"da - RƏSMİ

Azər Bağırov: "Cərimə meydançasında topu verdik ki, qol vursunlar"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
apasport.az

2Sources