ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp keçmiş Prezident Barak Obamanın həbs olunmasını tələb edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The American Conservative” jurnalı məlumat yayıb.
Məqalədə Donald Trampın “Truth Social” platformasında paylaşdığı posta istinad edilir.
Bildirilib ki, Tramp Obamanı 2016-cı il prezident seçkilərində qalib gəlmək üçün Rusiya ilə əlbir olmaqda ittiham edib.
Həmin paylaşımda Ağ Ev rəhbəri iddia edir ki, Barak Obama 2016-cı il seçkiləri ilə bağlı saxta kəşfiyyat məlumatlarının uydurulması üçün şəxsən Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ/CIA) göstəriş verib.
Tramp bunu keçmiş prezident tərəfindən çevriliş cəhdi adlandırıb və Obamanın buna görə məsuliyyət daşımalı olduğunu bildirib.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.