Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
Ucnoqta.az xəbər verir ki, turun son günündə “Neftçi” "Araz-Naxçıvan"la üz-üzə gələcək. Matç saat 16:00-da start götürəcək.
Son çempion “Qarabağ” isə “Turan Tovuz”la qarşılaşacaq. Oyunun start fiti saat 18:30-da çalınacaq.
Qeyd edək ki, turnir cədvəlində “Sabah” 43 xalla birinci, “Qarabağ” 36 xalla ikincidir. Ağdam təmsilçisi bir oyun az keçirib.