EN

İndoneziyada sürüşmə: 70 nəfər öldü

BAKI, 1 fevral. TELEQRAF

İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşmələri nəticəsində 70 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata görə, Bandunq şəhərinin axtarış-xilasetmə idarəsinin rəhbəri Ade Dian Perman bildirib ki, hava şəraitinin aydın olması xilasedicilərin işini asanlaşdırıb və meyitlər bir neçə nöqtədə aşkar edilib. Torpaq sürüşmələri ötən şənbə günü Qərbi Bandunq dairəsinin Çisarua rayonunda baş verib. Hazırda 10 nəfər itkin düşmüş hesab olunur.

Axtarış işləri davam etdirilir, komandalar təhlükəsizlik tədbirlərini nəzərə alaraq vəziyyətə uyğun taktikanı dəyişirlər.

Chosen
6
teleqraf.com

1Sources