EN

Gədəbəy sakini küçə itlərinin hücumuna məruz qaldı

Gəncə şəhərində Gədəbəy rayon sakini olan qadın küçə itlərinin hücumuna məruz qalıb.

"Yeni Sabah" "Teleqraf"a istinadla xəbər verir ki, hadisə nəticəsində 2003-cü il təvəllüdlü Nigar Məhərrəmova xəsarət alıb. 23 yaşlı qadın dərhal Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, hazırda vəziyyəti qənaətbəxşdir.


Telegram kanalımız
Chosen
7
4
yenisabah.az

5Sources