EN

2 nəfər dəm qazından zəhərləndi

Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

    Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir.

    Chosen
    4
    9
    manset.az

    10Sources