EN

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10-luq”da

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün Liqa mərhələsində ən çox seyv edən qapıçı Norveçin “Bodo-Qlimt” klubunun üzvü Nikita Haykin olub.

İdmanxeber.az-ın məlumatına görə, o, 8 oyunda 49 qurtarışla siyahıya başçılıq edir.

Reytinqdə ikinci pillədə Madrid “Real”ının qapıçısı Tibo Kurtua (41 seyv) qərarlaşıb. Üçüncü yeri isə “Marsel”dən Xeronimo Rulli və “Kayrat”dan Temirlan Anarbekov (hərəsi 36 seyv) bölüşür.

“Slaviya”nın qapıçısı İndrix Stanek 34 seyv ilə növbəti pillədədir. 30 qurtarış edənlər sırasında isə “Qarabağ”ın qapıçısı Mateuş Koxalski ilə yanaşı PSV-dən Matey Kovarj və “Kopenhagen”dən Dominik Kotarski yer alıb.

TOP-10 siyahısını “Nyukasl”ın qapıçısı Nik Poup (28 seyv) və “Benfika”dan Anatoli Trubin (27 seyv) tamamlayır.

Chosen
5
idmanxeber.az

1Sources