EN

“Liverpul” “Qarabağ”ın rəqibini darmadağın etdi

İngiltərə Premyer Liqasında XXIV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Liverpul" öz meydanında "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl"ı sınağa çəkib.

5 qolun vurulduğu görüşdə sevinən tərəf ev sahibləri olub. Oyun Mersisayd klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ"ın "Nyukasl"a qarşı ilk görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Super Liqa: “Trabzonspor”dan xal itkisi

Bundesliqa: “Leypsiq” autsayderlə bacarmadı

Premyer Liqa: “Everton” turu bir xalla başa vurub

A Seriyası: XXII tura yekun vurulub

Super Liqa: “Beşiktaş” autsayderlə bacarmadı

Chosen
7
apasport.az

1Sources