EN

Samsung-dan gizli ekran inqilabı: Telefonunuza baxan heç nə görməyəcək

Samsung smartfon təhlükəsizliyi sahəsində yeni mərhələyə keçir.

Hakimiyyet.az xəbər verir ki, şirkətin fevral ayında təqdim etməyə hazırlaşdığı Galaxy S26 Ultra modelində Private Display adlı xüsusi ekran rejimi yer alacaq.

Bu texnologiya sayəsində telefon sahibindən başqa şəxslər ekrandakı məlumatları görə bilməyəcək.

Yeni funksiya istifadəçiyə tam çeviklik verir: bütün ekranı deyil, yalnız şəxsi hissələri — mesajları, bildirişləri və parolları gizlətmək mümkün olacaq. Kənardan baxanlar üçün həmin sahələr tamamilə qara ekran kimi görünəcək. Bu isə ictimai nəqliyyatda, ofisdə və ya izdihamlı məkanlarda şəxsi məlumatların qorunmasını xeyli asanlaşdıracaq.

Qeyd olunur ki, Private Display texnologiyası üzərində Samsung-un bir neçə ildir çalışdığı bildirilir. Hələlik bu funksiyanın yalnız Galaxy S26 Ultra modelinə məxsus olub-olmayacağı və ya digər Galaxy modellərinə də proqram yeniləməsi ilə gəlib-gəlməyəcəyi açıqlanmayıb.(Musavat.com)

Chosen
1
1
hakimiyyet.az

2Sources