"Barselona"nın gənc hücumçusu Lamin Yamal İspaniya futbolunda daha bir rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, 18 yaşlı futbolçu şənbə günü "Elçe" üzərində 3:1 hesablı qələbə qazanılan oyunda səkkiz qol şansı yaradıb.
"Opta"-nın məlumatına görə, Yamal 2003/04 mövsümündə məlumatların toplanması başlayandan bəri La Liqa matçında bu nailiyyətə imza atan ilk 20 yaşdan kiçik oyunçudur.
Lamin Yamal sözügedən matçın ən yaxşı oyunçusu seçilib. O, görüşdə "Blaugrana"nın ilk qolunun müəllifi olub.
Hans-Dieter Flikin komandası fevralın 3-də İspaniya Kubokunun dörddəbir finalında səfərdə "Albasete" ilə oynayacaq.